Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyədə qətliam törədən şagirdin son sözləri...   

Qəhrəmanmaraşda 9 nəfərin ölümü ilə nəticələnən qətliamı törədən 14 yaşlı İsa Aras Mersinlinin hadisə yerinə gələn polisləri gördükdə qışqırdığı son sözləri məlum olub. Eyni zamanda, ilkin iddiaların aksinə, onun ölümünün intihar olmadığı müəyyənləşib...

Milli.Az xəbər verir ki, atasına məxsus 5 silah və 7 dolu daraqla məktəbi qan gölünə çevirən İsa Aras polislər binaya daxil olduqda onlara tərəf: "Məni bağışla, məni bağışla!" - deyə bağırıb. Bu, onun törətdiyi əməldən son anda peşmanlıq duyduğuna dair bir işarə kimi qiymətləndirilir.

Məhkəmə Tibbi Ekspertizasının rəyinə görə, hücumçunun ölüm səbəbi ilə bağlı gözlənilməz faktlar aşkarlanıb.

Ekspertlər müəyyən ediblər ki, İsa Arasın ölümünə səbəb bədəninə dəyən güllə deyil, sağ ayağındakı kəsici-deşici alət yarası olub.

Yaralanmaya səbəb olan alətin bir tərəfinin küt, digər tərəfinin isə kəskin olduğu bildirilir. Bu yara nəticəsində iri damarlar zədələnib və yeniyetmə intensiv xarici qanaxmadan həyatını itirib.

İstintaq materiallarına daxil edilən otopsi hesabatında aşağıdakı fiziki göstəricilər qeyd olunub:

Hücumçu 1.79 sm boyunda və təxminən 85-90 kq çəkidə olub.

Onun əlləri barıt və digər izlərin qorunması üçün torbalara qoyulub, bədənindən toksikoloji nümunələr götürülərək Qaziantep Məhkəmə Tibbi Ekspertiza Mərkəzinə göndərilib.

Bədəninin müxtəlif yerlərində qurumuş qan izləri aşkarlansa da, kürək, qoltuqaltı və ovuc içlərində başqa hər hansı zədə izi tapılmayıb.

Poliqon.info


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Rubio ABŞ-nin Ukrayna müharibəsində kimin yanında olduğunu açıqlayıb

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

ABŞ Ukrayna üçün 400 milyon dollarlıq hərbi yardım hazırlayır

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

SEPAH Küveyt aeroportunun Patriot sisteminin səhvi nəticəsində vurulduğunu iddia edib

Almaniya BMT Təhlükəsizlik Şurasına üzv seçilməyib

Rütte: NATO Ukraynanın Sankt-Peterburqa hücumunda problem görmür...

Şoyqu: İrəvanın Aİ-yə inteqrasiyası Rusiya ilə qırılmaya aparır...

Sallivan: Tramp sonda İranla özünün ləğv etdiyi sazişə dönəcək...

Netanyahu Trampın onu “dəli” adlandırmasını təsdiqləyib

İran və ABŞ razılaşma mətnlərini nəzərdən keçiriir, yekun format üzərində işləyir

Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri sənədinin layihəsi razılaşdırılıb

Ən çox oxunanalar